Menu
01 may 13:35XƏBƏR LENTİ / Siyasət

Vahid Əhmədov: “Neftin qiymətinin aşağı düşdüyü bir dövrdə biz götürüb 4 bankı bağlayırıq”

Milli Məclisin iclasında çıxış edən deputat Vahid Əhmədov son günlər 4 bankla bağlı verilən qərarlardan danışdı.
Deputat bildirdi ki, bank sisteminin sağlamlaşdırılması vacib məsələdir: “Amma onun əksini gördük, bankların bağlanması ilə bağlı qərar verildi. Dövlət hər hansı addım atırsa, bunun vətəndaşlara nə dərəcədə fayda verəcəyini araşdırmaq lazımdır. Həmin banklardakı əmanətlərin həcmi 850 milyon manata qədərdir. Həmin əmanətlərin qaytarılması üçün ya dövlət büdcəsindən, ya da Mərkəzi Bankın ehtiyatlarından istifa olunacaq. Olmazdımı Mərkəzi Bank həmin bankları dinləyərdi və onlara dəstək verilərdi? Mən “ATABank”ı nəzərdə tutmuram, bu, faktiki olaraq cinayətkar bankdır, vəsaitləri xarici banklara köçürməklə məşğul olub. Amma digər banklar normal fəaliyyət göstərib. Neftin qiymətinin aşağı düşdüyü bir dövrdə biz götürüb 4 bankı bağlayırıq”. V.Əhmədov deputat həmkarı Əli Məsimli ilə birgə bank sisteminin sağlamlaşdırılması ilə bağlı vaxtilə Milli Məclisdə təşəbbüslər qaldırdıqlarını xatırlatdı. Ardınca sədarətə xitabən bank sistemi ilə əlaqədar olaraq müəyyən görüşlər keçirməyi təklif etdi: “Bankaırın bağlanması prinsipindən daha çox, bankların sağlamlaşdırılması prinsipinə diqqət yetirmək
lazımdır”.(musavat.com)
Çap
Komment Əlavə et