Menu
30 apr 12:56XƏBƏR LENTİ / Xarici

Neft sürətlə bahalaşır - SƏBƏB

Dünya bazarında neftin qiymətində ciddi artım müşahidə olunur.Bakı vaxtı ilə saat 11.09-da Londonun ICE birjasında Brent markalı neftin qiymətində 6,08 faiz bahalaşma qeydə alınıb. Bu markanın iyun fyuçerslərinin bir bareli 23,91 dollara satılır.
Nyu-Yortkun NYMEX elektron birjasında ABŞ-ın WTI neftinin qiyməti isə 12,02 faiz bahalaşaraq 16,81 dollara çatıb.
Bahalaşmanın əsas səbəbi kimi ABŞ hökumətinin əlavə anbar yerləri müəyyənləşdirməsi, mayın 1-dən hasilatın azaldılmasına dair OPEK+ çərçivəsində razılaşmanın qüvvəyə minməsi, nəhayət, Avropa və Çində müşahidə olunan iqtisadi canlanmadır.(musavat.com)
Çap
Komment Əlavə et