Menu
28 apr 20:58XƏBƏR LENTİ / Hadisə

“Müğənni kimdir ki, namusdan, qeyrətdən dərs keçsin” – aparıcıdan qalmaqallı sözlər

"Roza kimilərlə ekspert olaraq oturacağamsa, o verilişi neyləyirəm?! Müğənni kimdir ki, ekspert olaraq orada otursun, camaata namusdan, qeyrətdən dərs keçsin”.

Musavat.com xəbər verir ki, bu sözləri aparıcı Ülviyyə Alovlu canlı yayında deyib. 

O, verilişləri tənqid edərək, müğənnilərin ekspert kimi efirə çıxmasına iradını bildirib: "Nə mənası var boş-boş efirlərə çıxmağın? Camaat mənim danışmağımdan pul qazanacaq, yol pulu xərclə, makiyaja pul tök, nəyimə lazımdır? Bir normal veriliş var ki, gedib o verilişə çıxım? Qonaqlar hamısı eynidir. Qonaqları ya söymək, ya da soymaq üçün efirə çağırırlar. Özünə hörmət edənləri efirdə görmürəm, çıxırlarsa da, məcburiyyətdən çıxırlar. Roza kimilərlə ekspert olaraq oturacağamsa, o verilişi neyləyirəm?! Müğənni kimdir ki, ekspert olaraq orada otursun, camaata namusdan, qeyrətdən dərs keçsin. Müğənninin işi oxumaqdır. O müğənni gəlib oturur, millətə namusdan, qeyrətdən dərs keçirsə, günah onun özündədir. Çünki sənəti yoxdur. Sənəti olsa, ancaq sənətdən danışar. Mən onlarla necə otura bilərəm? O adamların şəxsi həyatını beş barmağım kimi bilirəm".

Çap
Komment Əlavə et