Menu
04 mar 00:44XƏBƏR LENTİ / Xarici

Fransızlar makaron almaq üçün marketlərə axışdılar - Koronavirus qorxusu

Koronavirus epidemiyasına görə ərzaq çatışmazlığı qorxusu Fransa vətəndaşlarını supermarketlərə axışmağa vadar edib.
Fransızlar rəflərdəki makaron, düyü, bitki yağları, tualet kağızlarını boşaldıblar. Market sahibləri isə bu cür qorxuya heç bir əsasın olmadığını bildirirlər.
BFMTVnin məlumatına əsasən, son 2 gündə makaronun satışında 60%, düyü və unun satışında isə 20% artım müşahidə olunur.
Fransada virusun ən çox yayıldığı yerlərdən biri olan Uaza departamentinin Kompyen şəhərində “Super U” suermarketləri 150%-lik satış göstəricisini qeydə alıb. Əyalətdə “Aucha Drive” və “Chronodrive” kimi market şəbəkələri də satışlarını 100% artırdıqlarını bildirirlər. “Aucha” nümayəndəsi ölkədə bolluq olduğunu, lakin əhalinin məhz belə davranışı sayəsində həqiqətən ciddi kəsir yarana biləcəyini söyləyib.
Mağazalarda əl üçün antibakterial gellər olduqca böyük tələbat görür. Paris apteklərində və marketlərində onu tapmaq demək olar ki, mümkün deyil. Təbii ki, bu qiymətlərə də ciddi təsir göstərir. Səhiyyə naziri Olivye Veran ölkədə gellərin çatışmazlığından söhbət belə getmədiyini bildirib və möhtəkirlərə inanmamağa çağırıb. Fransanın antibakterial maddələr istehsal edən “Batteur” şirkətlər qrupu sifarişləri çatdıra bilmədiklərini xəbər edib.
Ümumiyyətlə Fransada 191 koronavirusla yoluxma halı qeydə alınıb.Yüzə yaxın insan xəstəxanalarda karantinə götürülüb, onlardan bəzilərinin vəziyyəti ağır görünür. Ölkədə virusdan 3 nəfərin öldüyü qeyd olunur. Fransada son 2 gündə dövlət öz fondundan tibb müəssisələrinə, qocalar evinə, Səhiyyə nazirliyinin regional idarələrinə 5 milyon maska verib. Bu həftə daha 15-20 milyon maskanın əhaliyə paylanması gözlənilir. Nazirlik çirkli havadan qorunmaq üçün nəzərdə tutulan maskaların virusdan müdafiəyə yaramadığını bildirib.
Bu arada, Fransa prezidenti Emmanuel Makron Təhükəsizlik xidmətinin xahişi ilə artıq insanlarla əl sıxışmağı dayandırıb. Bu barədə “Paris Match” jurnalı prezidentin yaxın ətrafına istinadən məlumat verib. Jurnal dövlət başçısısının koronavirusdan qorunması üçün xüsusi tədbirlər kompleksinin də işlənib hazırlandığını xəbər edib.(musavat.com)
Çap
Komment Əlavə et