İranda yeni tip koronavirusa (Covid-19) yoluxanların sayı 95 nəfərə çatıb.Bu barədə
İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur məlumat yayıb.
Onun sözlərinə görə, indiyədək bu virus nəticəsində İranda 16 nəfər dünyasını dəyişib. 10 nəfər xəstəlikdən sağalıb. Cahanpurun açıqladığı bölgələrin əhalisinin əksəriyyəti farslardır. İranın Səhiyyə, Müalicə və Tibbi Nazirliyi yeni koronavursla bağlı 900-dən çox yoluxma şübhəsinin olduğunu təsdiqləyib.(publika.az)
Çap