Menu
23 fev 20:24XƏBƏR LENTİ / Xarici

Libermandan şok: MOSSAD lideri Qətərə niyə yalvarıb?

MOSSAD-ın rəhbəri Yossi Kohen və İsrail ordusunun Qəzza zolağı üzrə komandanı general Herzi Halev iki həftə əvvəl Qətərə səfər edərək bu ölkə rəhbərliyindən Qəzzaya edilən yardımları davam etdirməsini istəyiblər.
Bunu Evimiz İsrail Partiyasının sədri Aviqdor Liberman Kanal 12 telekanalına müsahibəsində deyib.
Liberman səfərin Baş nazir Benyamin Netanyahunun təlimatı ilə baş tutduğunu bildirib:
“Getdilər və martın 30-dan sonra da HƏMAS-a maliyyə yardımı göndərməyə davam etmələri üçün Qətər rəhbərliyinə yalvardılar. Qətərlilər martın 30-dan sonra pul yardımı göndərməyi dayandıracaqlarını söyləmişdilər”.
Netanyahunun ofisindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib. Qeyd edək ki, Qətər ötən ildən başlayaraq Qəzzada maddi vəziyyətləri yaxşı olmayan ailələrə 150 milyon dollar yardım etmişdi. Mətbuat rəsmi Dohanın martın 30-dan sonra yardımları dayandıracağı ilə bağlı məlumat yaymışdı.(axar.az)
Çap
Komment Əlavə et