Menu
10 sen 22:00XƏBƏR LENTİ / Hadisə

Bakıda 19 yaşlı qızı maşın vurub qaçdı

Bakıda gənc qızı maşın vurub.
Publika.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.
Qəsəbə ərazisindəki "Rahat Market"in qarşısında naməlum avtomobil yolu keçmək istəyən piyada, 2000-ci il təvəllüdlü Bəşirova Nəzrin Şakir qızını vurub. Sürücü dərhal hadisə yerindən qaçıb.
Yaxınlıqdakı şəxslərin köməkliyi ilə yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Çap
Komment Əlavə et