Menu
10 sen 00:11XƏBƏR LENTİ / Hadisə

Bakıda iki uşaq anasını öldürən cəzalandırıldı - Hökm

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Vüqar Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Vüqar Qasımov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə bu ilin fevralın 17-də Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində baş verib.
Qızıldaş qəsəbəsinin mərkəzində yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Nəzakət Şahverdiyeva maşınla vurulub.
Hadisə yerindən qaçan qəsəbə sakini, 1978-ci il təvəllüdlü İlqar Qasımov polis əməkdaşları tərəfindən tutulub. Onun hadisəni 99-FZ-087 dövlət nömrə nişanlı "VAZ 21214 Niva" markalı avtomobillə törətdiyi məlum olub.
Vüqar Qasımovun barəsində Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Qəza nəticəsində ölən Nəzakət Şahverdiyeva iki övlad anası olub. O, uzun illərdir uşaqlarını tək böyüdürmüş
Çap
Komment Əlavə et