Bu gün Bakı şəhər Yasamal rayonunda yerləşən aptekdə oranın müdiri 49 yaşlı Sənan Həsənovun özünü asaraq intihar etməsinin ilkin səbəbi məlum olub.İlkin araşdırma zamanı aptek müdirinin xeyli borcunun olduğu müəyyənləşib. Belə ki, Hüseyn Cavid prospektində yerləşən aptekə malı nisyə götürən S.Həsənovun xeyli borcu yığılıb və həmin vəsaiti geri qaytara bilməyib. Onun bu səbəbdən intihar edə biləcəyi ehtimal edilir.
Qeyd edək ki, Sənan Həsənov bu gün rəhbərlik etdiyi və Hüseyn Cavid prospektində yerləşən aptekdə özünü asaraq intihar edib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.
****
14:13
Bakıda Sənan Həsənov adlı aptek müdiri iş yerində ölüb.Yasamal rayonu ərazisində fəaliyyət göstərən aptekə rəhbərlik edən həkimin dostları onun ürək tutmasından vəfat etdiyini bildiriblər. Bəzi dostları isə 20 aprel 1971-ci il təvəllüdlü həkimin intihar etdiyini qeyd ediblər.
Faktla bağlı araşdırma aparılır.
Vəfat edən aptek müdirinin fotolarını təqdim edirik.(publika.az)
Çap