Nərimanov rayon Prokurorluğu rayon icra hakimiyyətinin şöbə müdirinin intiharı ilə bağlı məlumat yayıb.Nərimanov rayon Prokurorluğundanverilən məlumata görə, 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı daxil olan məlumat əsasında polis və prokurorluq orqanlarının, eləcə də məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirə salınmaz istintaq hərəkətləri həyata keçirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlunun özünü asaraq intihar etməsi ilə bağlı cinayət işi açılıb.E.Əlizadənin intiharı ilə bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.
Məlumata görə, şöbə müdiri metronun “Gənclik” stansiyası yaxınlığındakı evində özünü asıb.
Onun yas mərasimi Bakı Zooparkının yaxınlığında yerləşən “Tural” mərasim evində keçiriləcək.
Qeyd edək ki, intihar hadisəsi dekabrın 14-də baş verib. Həmin gün E.Əlizadə doğum gününü qeyd edib və daha sonra həyatına son qoyub.
Faktla bağlı araşdırmalar aparılır.(publika.az)
Çap