Menu
06 fev 02:25XƏBƏR LENTİ / Hadisə

Gəncədə avtomobillər toqquşdu, süpürgəçi öldü

Gəncə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.
Belə ki, "Toyota" və Volkswagen" markalı avtomobillər toqquşub. "Wolkswagen" markalı avtomobil qəza zamanı yolda olan süpürgəçi qadını vurub. Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.(report)
Çap
Komment Əlavə et