Menu
05 fev 02:25XƏBƏR LENTİ / Xarici

Süleymani İraqa niyə gedirdi? - İran gizlinləri açdı

İran rəsmisi İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı Qasim Süleymaninin öldürüldüyü zaman İraqa aparmaq istədiyi məktubun məzmununu açıqlayıb.
İranın İraqdakı səfiri İrəc Məscidinin sözlərinə görə, Qasim Süleymani məktubu İraq rəsmilərinə çatdırmalı idi. Bu məktub İraqın İranla Səudiyyə arasında vasitəçilik roluna və təşəbbüsünə cavab olaraq hazırlanmışdı və İraq rəsmilərinə çatdırılmalı idi.
"Məktub İranın bölgədə terrorla mübarizədə digər ölkələrlə əməkdaşlıq niyyətini özündə ehtiva edirdi.", deyə İrəc Məscidi qeyd edib.
O bildirib ki, Süleymani buna görə İraqa gəlmişdi. Qeyd edək ki, ABŞ ötən ayın 3-də İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı Qasim Süleymanini, İraqın Haşd-Şabi qüvvələrinin (Xalq Səfərbər Qüvvələri) rəhbər müavini Əbu-Mehdi əl-Mühəndisi və onlarla birgə 3 iranlı və iraqlı hərbçini Bağdad hava limanı yaxınlığında öldürülüb.(teleqraf.com)
Çap
Komment Əlavə et