Menu
10 sen 22:53XƏBƏR LENTİ / Sosial

2 min litrdən çox qan verildi - Nazirlik açıqladı

Səhiyyə Nazirliyi Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyasına qoşulanların sayını açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, saat 09.00-dək Bakı şəhəri üzrə 518 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 233 litr qan tədarük olunub.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə aksiyalar aşağıdakı ünvanlarda keçirilir:
Bakı şəhəri üzrə: İmam Əli məscidi (Binəqədi rayonu), 14 saylı Birləşmiş Şəhər xəstəxanası və Mir Mövsüm ağa Ziyarətgahı (Xəzər rayonu), Əjdər bəy məscidi (mərasim zalı) və 20 saylı şəhər poliklinikası Nəsimi rayonu, Şah Abbas məscidi (Nizami rayonu), Sahibəzzaman məscidi , “Rəhimə xanım ziyarətgahı” məscidi, İmam Rza məscidi (Sabunçu rayonu), Bibiheybət məscid ziyarətgahı və İçərişəhər Cümə məscidi (Səbail rayonu), Qaraçuxur məscidi (Suraxanı rayonu), Təzəpir məscidi, Hacı Soltanəli və Hacı Cavad məscidi (Yasamal rayonu).
Bölgələrdə: Gəncə şəhəri İmamzadə kompleksi, Lənkəran şəhər Böyük bazar Cümə məscidi, Mingəçevir şəhəri Heydər məscidi, Sumqayıt şəhər Cümə məscidi, Şəki şəhəri İmam Əli məscidi, Mərkəzi Qan bankının Şirvan bölməsi və Şirvan şəhər məscidi, Ağcabədi Mərkəzi Rayon Xəstəxanası, Beyləqan Mərkəzi Rayon Xəstəxanası, Bərdə rayonu Bərdə İmamzadəsi, Biləsuvar rayonu Cümə məscidi (mərasim zalı), Cəlilabad Mərkəzi Rayon Xəstəxanası, Göyçay şəhəri Əbülfəzl Abbas məscidi, Xaçmaz şəhər məscidi, Qan bankının Quba bölgəsi, Masallı şəhər Cümə məscidi, Salyan şəhəri Hacı Tağı məscidi.
Çap
Komment Əlavə et