Dünən baş rolda azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin çəkildiyi “Aşk Tesadüfleri Sever”
filminin premyerası keçirilib.Gecədə filmdən çox aktrisanın geyimi müzakirə mövzusu olub. Ağ uzun paltara üstünlük verən Nəsrin Cavadzadə dekoltesi və dərin yarığı ilə diqqət çəkib.Senarisini Nuran Evren Şitin yazdığı, rejissorluğunu Ömer Faruk Sarukun etdiyi ekran işinin ikinci hissəsinin çəkilməsinə qərar verilib. Bu dəfə baş rolları Türkiyədə yaşayan həmyerlimiz Nəsrin Cavadzadə və aktyor Yiğit Kiraz canlandırıb. Qeyd edək ki, “Aşk Tesadüfleri Sever” romantik-dram janrında ən çox baxılan türk filmlərindən biridir. Filmin ilk hissəsində baş rolları türkiyəli aktyorlar Mehmet Günsür və Belçim Bilgin oynamışdı. Hekayəsi İpek Soraka aid olan ekran işində 1960-cı illərdən bu günə qədər təsadüfi eşq hekayələri təsvir olunub. Gecədə filmin birinci hissəsinin baş rol ifaçıları Belçim Bilgin və Mehmet Günsür də iştirak edib.(publika.az)
Çap