Menu
07 dek 01:26XƏBƏR LENTİ / Şou biznes

N.Cavadzadə "Netflix"-də yayımlanan serialda rol alan ilk azərbaycanlı olacaq

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni seriala çəkiləcək.
Sənətçi Berkun Oyanın "Netflix" üçün hazırladığı layihədə rol alacaq. Aktrisanın sosial problemlərdən bəhs edən ekran işində sürpriz bir obrazla tamaşaçı qarşısına çıxacağı gözlənilir.
8 bölümdən ibarət serialın prodüserləri Ali Farhonde və Nisan Ceren Göçendir. Adı hələlik dəqiqləşməyən ekran işinin önümüzdəki il yayınlanması planlaşdırılır.
Qeyd edək ki, layihə gerçəkləşərsə, N.Cavadzadə "Netflix" platformasında yayımlanan serialda rol alan ilk azərbaycanlı aktrisa olacaq.(teleqraf.com)
Çap
Komment Əlavə et