Menu
04 okt 00:54XƏBƏR LENTİ / Şou biznes

Pərvin Abıyeva qala gecəsinə elə paltarda gəldi ki...

Xəbər verdiyimi kimi, aktrisa Pərvin Abıyeva ötən həftə Türkiyədə ayağından əməliyyat olunmuşdu.
Evə buraxılan kino ulduzu artıq çəkilişlərə start verib. Belə ki, o, dünən Ali Sunalın rejissorluğu ilə lentə alınan “Hereket sekiz” filminin qala gecəsində iştirak edib.
Filmdə əsas rollardan birini ifa edən həmyerlimiz qala gecəsi üçün seçdiyi libasın fotolarını instaqramda paylaşıb. Qalada qara qısa don geyinən Pərvin Abıyeva obrazını uzun əlcəklərlə tamamlayıb. Saçlarını sıx toppuz yığdıran artistin bu obrazı, xüsusilə sinə dekoltesi bəziləri tərəfindən tənqid edilsə də, digərləri bu geyimin ona çox yaraşdığını qeyd edib.
Qeyd edək ki, ekran işinin bir hissəsi İstanbulda çəkilib. Baş rollarda Ali Sunal, Devrim Yakut, Gürgen Öz, Hande Katipoğlu, Onur Atilla və Hakan Bilgin yer alıb. Layihənin rejissoru isə Ali Yorgancıoğludur.
Komediya janrında çəkilən film rus mafiyasının izinə düşən bir qrup polisin başına gələn gülməli olaylardan və onların dünyanı xilas etmə cəhdlərdindən danışır. Ekran işində Pərvin Abıyeva ilə yanaşı İslam Mehrəliyev, Elcan Rəsulov və başqaları da rol alıb.(publika.az)
Çap
Komment Əlavə et