Bakıdan Moskvaya yerli vaxtla 20:31-də yola düşən Azərbaycan Hava Yollarının J2-854 nömrəli reysinin kapitanı təyyarənin quş dəstəsi ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.Bu barədə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından məlumat verilib.Qeyd olunur ki, Bakı vaxtı ilə 20:56-da təyyarə Bakının hava limanına uğurlu eniş edib. Sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaqlar.(axar.az)
Çap