Menu
24 yan 01:51XƏBƏR LENTİ / Şou biznes

”Ləkələmək istədilər, üç ay evdə…” - Zaur Kamal Damla haqda elə sözlər dedi

"Allah hər şeyə qadirdir, ucaldan, zirvəyə qaldıran da odur. Neqativ düşüncəli insanlar da olmalıdır. Ağ vərəqə ləkə salmaq çox asandır. Elə ləkə var ki, çıxmır, eləsi də var, suya atan kimi yox olur ".
Bu sözləri 5/5 verilişində müğənni Damla deyib.
O, Zaur Kamalın "Damlanı ləkələmək istəyənlər oldu. Üç ay evdə oturdu. Montaj edilmiş video ilə nə əldə etmək istədilər? Damla ilə danışan zaman mənə dedi ki, toyunu danışdığım bəzi insanlar məni fırlatdı ki, beş ay sonra baş tutacaq" fikrinə də münasibət bildirib.
Bir müddət əvvəl qeyri-etik videosu yayıldığı iddia edilən Damla bu sözləri deyib: " Sevənlər, dəstəkləyənlər sağ olsunlar. Hər şey geridə qaldı. Allaha çox şükürlər olsun ki, sevgi dəyişmədi və daha da artmağa başladı. Onlar dedilər ki, narahat olma, biz yenə sənin yanındayıq".
Müğənni aparıcının "İllərdir deyirlər ki, nə oxuyur, onu sevənlər kimlərdir?" sualına isə "Mənim dinləyicimin hamısı alim, professor, həkim, deputat ola bilməz ki. Bu gün məni zəhmətkeş kəndli, sürücü, evdar xanım da dinləyir. Məni kasıbı da, varlısı da dinləsə fərqi yoxdur, hər biri başımın tacıdır" deyə, cavab verib.
Maddi vəziyyətindən danışan müğənni avtomobil və üç otaqlı mənzilinin olduğunu deyib.(teleqraf.com)

Çap
Komment Əlavə et