Əməkdar artist Lalə Məmmədova “Söhbətsiz” verilişində qonaq olub.Şəxsi həyatı haqqında danışan Lalə Məmmədova aparıcının “Tələblərinizin yüksək olduğuna görəmi həyat yoldaşınızdan ayrılmısınız” sualına belə cavab verib:
“Xeyr, bu belə deyil. Ola bilər ki, qadın kimi evimdə fiziki olaraq bəzi işləri çatdırmaya bilərdim, yemək bişirmək, süfrə açıb qonaq qəbul etmək… Bu işləri görəcək adam hər zaman yanımda olub. Ailəm bu səbəbdən dağılmayıb.
Ailəni qorumaq üçün hər iki tərəf mübarizə aparmalıdır. Münasibətdə, ailədə, dostluqda əgər tək bir tərəf mübarizə aparırsa, günün birində bu qırılcaq. Çünki qarşı tərəf düşünür ki, belə də olmalıdır, mən oturmuşam hər şey həll edilir.
Bu haqda danışanda həmişə deyirəm ki, övladlarımın atasıdır. Ziyalı bir ailənin övladı idi, sadəcə münasibətimiz alınmadı.
Zamanla insanın tələbləri dəyişir. Sizin dərk etdiyinizi qarşı tərəf başa düşmür. 8 ildə mən də çox sey öyrəndim, ana oldum. Analıq hissini yaşadığıma görə 8 ilə peşman olmuram.
Atasından ayrılarkən böyük qızıma dedim ki, qızım, biz ata-ana olaraq ömürümüzün sonun qədər ayrılmaz qalacağıq, amma ər-arvad kimi ayrıldıq. Qızım bizim ayrılmağımızın detallarından hələ də xəbərsizdir”.
Lalə Məmmədova bir müddət əvvəl qalmaqal yaşadığı Elçin Əlibəyli haqqında da danışıb: “Birdən-birə cavabımı vermək fikrinə düşürlər. O qədər qorxaqcasına edirlər ki, ad çəkmədən və sair. Əgər mənim elmi iş fəaliyyətimi şübhə altına alırsa, Elmlər Akademiyasında protokollar var.
Ailəmin dağılmasına gəlincə, özünün də birinci ailəsi dağılıb. Bu söz-söhbətdə anladım ki, təkəm. Deyim, arxamda güclü bir kişi var və çıxıb deyir ki, bu xanıma nə haqla bu sözləri deyirsən...
Özümü gücsüz hesab etmirəm, sadəcə qarşımdakı insanın əks-cinsin nümayəndəsi olduğunu görəndə baş bulayıram. Qadınla kəllə-kəlləyə gəlməyi bir kişiyə yaraşdırmıram”.
Qeyd edək ki, Lalə Məmmədova İlham adlı şəxslə ailəli olub. Cütlüyün iki qızı var
.
Çap