Menu
13 yan 01:31XƏBƏR LENTİ / Şou biznes

Kənan M.M: “Bir-iki səhvim var, peşmanam...” - Foto

Məşhur rejissor Kənan M.M “Söhbətsiz” verilişində qonaq olub.
O, aparıcının “Bahalı rejissorsan?” sualına cavabda vaxtilə səhvə yol verdiyini deyib: “Zamanında bir-iki səhv etmişəm. Subay idim, evim yox idi. Özümü ucuza çox satmışam, peşmanam. Hərdən haqqımda elə yüksək rəqəmlər deyirlər ki, məbləğdən xəbərim də olmur”.
Aparıcının “Ən rahat işlədiyin müğənni kim olub?” sualına isə Kənan M.M belə cavab verib: “Ən çətin Faiq Ağayev, ən yumşaq, söz eşidən Röya Ayxan olub. Hər ikimizin təzə tanınan vaxtları idi. Klip çəkirdik, yolu bağlatmışdıq. Oradan keçəndə hamı dedi ki, Kənan M.M klip çəkir, heç kim demədi ki, Röya Ayxan klip çəkdirir”.(teleqraf.com)
Çap
Komment Əlavə et