Menu
22 noy 02:01XƏBƏR LENTİ / Şou biznes

Faiq Ağayev Elçin Əlibəyli haqqında GÖRÜN NƏLƏR DEDİ...

Xalq artisti Faiq Ağayev İTV-də yayımlanan "3 D" verilişinin qonağı olub.
İfaçı verilişdə tanınmış jurnalist Elçin Əlibəylinin televiziyadan getməsi barədə fikirlərini bölüşüb:
“Onun televiziyadan getməsi məni məyus etdi. Onu şəxsən tanıyıram, Elçin Əlibəyli qədər dərin zəkalı və dərrakəli insan Azərbaycan televiziyasında olmalıdır. Ona qarşı edilən “qara piar”ın şahidi olduqca məyus oluram. İnsan olaraq kiminsə xoşuna gəlməyə bilər, amma anlayıram ki, bu, Azərbaycan televiziyası üçün arzuolunmaz bir hadisədir”.
Elçin Əlibəyli də öz növbəsində feysbukda Faiq Ağayevin fikirlərinə münasibət bildirib:
“Son günlər baş verənlərlə bağlı bir çox dəyərli ziyalılar, peşə dostlarım mənə açıq dəstək oldular. Status yazanlar, inboksuma məktub yollayanlar və yorumlarda müdafiə edən hər kəsin qarşısında baş əyib, təşəkkür edirəm! Əks fikirdə olanlara da təşəkkür, fikrinizə hörmətlə yanaşıram! Xüsusi təşəkkür böyük sənətkar Faiq Ağayevə düşür! Efirdə dünən haqqımda söylədikləri mənə ilham verdi!”
Daha sonra Faiq Ağayev millət vəkili olmaq iddiası haqqında danışıb. O, “Sizin ərazidə millət vəkili kimdir?” sualına maraqlı cavab verib:
“Bir neçə il məlum bir fiqur oldu. Onu deputat görmədiyim üçün seçkiyə getmirdim. Mənə elə gəldi ki, şəxsi etirazımı belə həyata keçirsəm, daha doğru olar. Çünki namizədin kim olduğunu bilirdim”.
Kanalların səviyyəsindən narahatçılığını dilə gətirən müğənni iradlarını bildirib:
“Əyləncə sektorunda çalışıram, təzadlı görünə bilər, amma televiziyanı qurşaqdan aşağı zarafatlarla və ya bayağı mövzularla əyləndirmək düzgün deyil. Dəfələrlə kanal rəhbərlərinə demişəm ki, bəzi verilişləri bağlamaq lazımdır. Elə verilişlər tamamilə ləğv olunmalıdır, elə verilişlər də var ki, maraqlıdır, amma aparıcısı dəyişməlidir, çünki haqqını vermir”.
Məni pərişan edən, filmlərimizdə də eyni mənzərənin olmasıdır. Yalnız komediyalar çəkilir, camaatı nə qədər güldürmək olar, düşündürmək də lazımdır axı. Bəli, reklam verən şirkətlərin də təzyiqlərini nəzərə almalıyıq. Televiziyalar reytinq üçün tamaşaçının arxasınca getdiyi üçün bu mövzuda ürəyi ağrılıyıq. Əsl sənətkar kütlənin ardınca gedən deyil, kütlənin zövqünü formalaşdırandır”.
Xalq artisti verilişin aparıcısı Dadaş Dadaşlinskinin “Nə zamansa rüşvət vermisiniz?” sualına belə cavab verib:
“Şərait yaradıblar ki, şirinlik verim. Amma heç vaxt rüşvət verməmişəm. Ona görə verməmişəm ki, qoy gedib halal yolla pul qazansın və balasının boğazından halal çörək keçsin”.
Çap
Komment Əlavə et