Menu
05 okt 00:50XƏBƏR LENTİ / Xarici

Türk pilot xanım xərçəngə qalib gəlməyin sirlərini açıqladı

Bu günə qədər xərçəng xəstəliyinə dünyada qalib gələn yeganə şəxs Bilgə Dərindir.
Gənc və gözəl Bilgə Dərin Türk Hava Yollarının (THY) pilotudur.
Xərçəng xəstəliyinə qalib gələn 33 yaşlı pilot apardığı mübarizəni sosial şəbəkələrdə paylaşıb. Hazırda THY-da pilot kimi fəaliyyətini bərpa edən gənc xanım 10 ay müddətində xərçənglə amansız mübarizə aparıb.
Məlumata görə, 2017-ci ilin sentyabrında döş xərçəngi aşkar edilən Bilgə Dərin müalicəyə başlayıb. Pilot olmazdan əvvəl hava nəqliyyat nəzarətində çalışan Dərin xəstəliyini araşdırarkən 55 yaşlı anasına da eyni diaqnozun qoyulduğu xəbərini alıb.
Xəstəliyi haqqında ən yaxın dostu istisna olmaqla heç kimə deməyən pilot anasının üzülməməsi üçün bu barədə ona da məlumatlandırmayıb. Uçuşlara fasilə vermək məcburiyyətində qalan pilot bu müddətdə 5 ay anasının müalicə-müayinə işlərinə də nəzarət edib.
Xəstəlik haqqında danışan pilot əvvəl düşməni ilə tanış olduğunu, sonra ona hansı yollarla qalib gələ biləcəyini müəyyən etdiyini deyib.
Pilot ötən ilin martından müalicəyə başlayıb. İctimai həyatla bağlantılarını qoparmayan Bilgə Dərin ciddi iradə ortaya qoyub, 16 dəfə kimyaterapiya, 33 dəfə radioterapiya alıb, mübarizəsinin 10-cu ayında xərçəngə qalib gəlib.
6,5 ildir ki, THY çalışan polot “Döş xərçənginə qarşı maarifləndirmə ayı” çərçivəsində THY-nin sosial media hesabından və jurnalında maraqlı fikirləri ilə gündəmə gəlib.
Pilot deyib ki, xərçəng xəstəliyini daşıdığı zaman 31 yaşında olub: “Əvvəl digər insanlar kimi xəstəliyimi qəbul etmədim. Daha sonra qəbul etdim, amma necə başlayacağımı bilmədim. Ağır və çətin bir mərhələ idi. Ancaq əsla geri çəkilmədim. Dedim ki, özüm özümlə başladığım bütün yolları başa çatıdrmışan, bu yolçuluğu da başa çatdıracaqsan. Ailəmin və dostlarımın dəstəyi ilə xərçəngi məğlub etdim. Müalicə prosesində bir çox insan mənə ilham verdi. Mən də indi bu xəstəliyi cismində daşıyan minlərlə insana ümid olmaq istəyirəm. Sağlığınızın kapitanı sizsiniz. Əndamıma qədər düşən saçlarım artıq yoxdur, amma indi qısa saçlarımla daha xoşbəxt və azadam. Həyatımın hər anını yaşayıram və hiss edirəm. İşimi çox sevirəm, amma şəxsi həyatımı əsla təxirə salmıram və çox-çox gülürəm. Bədənimi daha yaxşı tanıyıram, sağlığıma diqqət edərək daha keyfiyyətli oluram”.(teleqraf.com)
Çap
Komment Əlavə et