Menu
11 yan 18:42XƏBƏR LENTİ

Şəmkirdə qadın keçmiş ərinin mal-qarasını oğurladı

Şəmkirdə keçmiş ərinin mal-qarasını oğurlayan qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən Gədəbəy rayon sakini Yaqub Tağıyev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 4900 manat olan, 5 baş iri buynuzlu mal-qarasını oğurladığını bildirib.Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyən olunub ki, Y.Tağıyevə məxsus 5 baş heyvanı onun keçmiş həyat yoldaşı Xəyalə İsmayılova oğurlayıb. O, şöbəyə dəvət olunaraq proflaktiki söhbət aparılıb və oğurladığı heyvanların yeri müəyən edilərək sahibinə qaytarılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.(axar.az)
Çap
Komment Əlavə et