Tovuzda Toğrul Əsgərovun bıçaqla xəsarət yetirdiyi şəxslər polis əməkdaşları olub.
APA-nın yerli bürosnun məlumatına görə, polis əməkdaşları - Toğrul Əsgərov və Məmmədəli Əsgərli narkotik aludəçisi olan 34 yaşlı T.Tağıyevi şübhəli şəxs qismində saxlamaq istəyərkən o, polis əməkdaşlarına bıçaqla xəsarət yetirib. Daha sonra T.Tağıyev özünü bıçaqlayıb. Hər üç şəxs xəstəxanaya müraçiət edib. Onlara yardım göstərilib. T.Tağıyev polis nəzarətindədi. Faktla bağlı araşdırma aparılır.
***
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 1985-ci il təvvəllüdlü Tağıyev Tarıyel Sərdar oğlu Qovlar şəhər sakinkəri – 1996-cı il təvəllüdlü Əsgərov Toğrul Əli oğlu və 1990-ci il təvəllüdlü Əsgərov Məmmədəli Xəqani oğlu ilə mübahisə edib.
Nəticədə T.Tağıyev mübahisə etdiyi hər iki şəxsi bıçaqlayıb. Yaralılar xəstəxanaya yerləşdilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisədən sonra T.Tağıyev özünə bıçaqla xəsarət yetirib.
Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
Çap