Xalq artisti Brilyant Dadaşova bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Rafael Dadaşovun səhhətindən bəhs edib.Axsam.az xəbər verir ki, müğənni "5/5" verilişində əmisi oğlu, aktyor R.Dadaşovun hazırda həkim nəzarətində olduğunu söyləyib.
"Rafael Dadaşovu həkimlər ciyərində 5 litr su ilə evə yollayıb. Yaxşı ki, müraciət etdim. Birinci xanım Mehriban Əliyeva kömək etdi. Gecə ilə xəstəxanaya yerləşdirildi. Rafaeli 3 günün içində 5 kiloqram arıqlatdılar", - xalq artisti bildirib.
Çap