Menu
04 dek 02:03XƏBƏR LENTİ / Gündəm

"Neftçilər Xəstəxanası atamın müalicəsinə pul istəyir" - Səidə ağladı

"Atam hazırda reanimasiyadadır. Yanına girə bildim, ancaq yatmışdı deyə, narahat etmək istəmədim".
Bu sözləri xalq artisti Rəfael Dadaşovun qızı Səidə Dadaşova "Xəzər Tv"də yayımlanan "Səni axtarıram" verilişində deyib. Sənətçi Mərkəzi Neftçilər Xəstəxanasının ondan müalicə üçün pul tələb etdiyini də bildirib.
"Mənə zəng etdilər ki, Səidə xanım bizə yaxınlaşın, yuxarıdan təlimat gəlib. İki günün müalicəsi üçün ödəniş etməlisiniz. Verilişdən sonra gedib onu ödəyəcəyəm" deyə, Səidə ağlayaraq qeyd edib.
Qeyd edək ki, R.Dadaşov dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilir.(teleqraf.com)
Çap
Komment Əlavə et