Menu
27 dek 01:45XƏBƏR LENTİ / Şou biznes

İradə İbrahimova ərindən yazdı: “Bu cür düşünən qadın və kişiyə hörmət etmirəm”

“Həyat yoldaşı olmaq çox böyük fədakarlıqlara qatlaşmağı bacaran xarakter istəyir. Qatlaşılacaq, dözüləcək bir iş deyil əslində evlənmək. Həyat yoldaşı həyatımızı böldüyümüz, pay etdiyimiz insandır. Qarşı tərəf üçün də keçərlidir bu sözüm”.
Bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova instaqramda əri ilə paylaşdığı fotoya yazıb. Müğənni bildirib ki, o, həyat yoldaşı ilə 2001-ci ildə tanış olub:
“Evlilik münasibətləri “Dözürəm neyləyim” deyərək davam etdirilməz. Bu cür düşünən qadın və kişiyə hörmət etmirəm. Həqiqətən bir-birinə bağlı iki insan üçün gəncliyin əldən getməyi fəlakət deyil.
Bir birimizə söykənərək yaşlanmaq zövq verir. Həyat yoldaşlığı çox uzun bir yoldur, səninlə yaşlanmaq istəyirəm, Ceyhun İzer. Çox şanslıyam və bu həyatda hər zaman şükür etmə səbəbim oldun. Səndən çox razıyam, Allah da səndən razı olsun. Tanış olduğumuz 2001-ci ilə salam olsun. Çox sevirəm, baxışıma fikir verməyin”.
Xatırladaq ki, İradə İbrahimova türkiyəli iş adamı Ceyhun İzerlə 2009-cu ildə ailə qurub.(publika.az)











Çap
Komment Əlavə et