Menu
24 dek 01:46XƏBƏR LENTİ / Gündəm

Türkiyədə milyonluq adaları almaq üçün Azərbaycandan kimlər müraciət edib?

Xəbər verdiyimiz kimi, Azərbaycanlı investorların Türkiyədə ada almaq istədikləri ilə bağlı bu ölkənin mətbuatında məlumatlar yayılıb
Bildirilir ki, Türkiyədə ümumilikdə 457 milyon lirə dəyərində 4 ada və 1 yarımada internet üzərindən satışa çıxarılıb. Adalardan 3-ü və yarımada Egey və Aralıq dənizlərində, 1 ada isə Bursa şəhərindəki Uluabat gölündə yerləşir.
Mənbədə qeyd olunub ki, həmin daşınmaz əmlaklarla bağlı təkliflər də qəbul olunub. Məlumata görə, həmin adaları Azərbaycan investorları da almaq istəyir. Həmçinin yerli iş adamlarının və İran, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən olan biznesmenlərin də adalar üçün təklif göndərdiyi deyilir. 
Məsələ ilə bağlı həmin adaları satışa çıxaranlarla əlaqə saxlamağa çalışdıq. “Yeni Sabah”ın müraciətlərindən birinə özünü Ayvalıq Çiçək Adasının satış təmsilçisi kimi təqdim edən Ufuk bəy cavab verdi.
O bildirdi ki, ada hazırda satılmayıb və adaya küveytli, qətərli, türkiyəli müştərilər iddialıdırlar. O, ada üçün Azərbaycandan gələn təklif barədə də danışıb: 
“Keçən il Azərbaycandan da maraqlanan insanlar olub. Amma onların kim olduğunu öyrənə bilmədik. Həmçinin Azərbaycandan gələn təkliflər ciddi olmadı. Həmin təklif başqa əmlakçılar tərəfindən bizə ünvanlanmışdı. Sadəcə telefonla adalarla maraqlandılar”(türküstan.ifo)
Çap
Komment Əlavə et