Menu
19 sen 00:44XƏBƏR LENTİ / Siyasət

Dubay və Abu-Dabi yerlə-yeksan ediləcək - Xəbərdarlıq

Yəmənin şimalına nəzarət edən husi qiyamçıları Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) əsas şəhərləri olan Dubay və Əbu-Dabiyə zərbə endirməklə hədələyib.
 “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda husi generalı Yəhya Saria bildirib.
“Biz ilk dəfə elan edirik ki, BƏƏ-də, həmçinin Dubay və Əbu-Dabidə onlarla obyekt bizim hədəflərimizin siyahısındadır. Onlar istənilən münasib vaxtda hücuma məruz qala bilərlər”, - o deyib.
Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlar təşkil edilib. Hücumlara görə məsuliyyəti husi qiyamçıları üzərinə götürüb. Səudiyyə Ərəbistanı hücumlarda İranın iştirakına dair sübutlara malik olduqlarını açıqlayıb.
ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, hücumundan Yəməndən edildiyinə dair heç bir sübut yoxdur. Dövlət katibi hücumlara görə İranı ittiham edib. İranın Xarici İşlər Nazirliyi isə Pompeonun ittihamlarını rədd edib.
Çap
Komment Əlavə et