Menu
05 dek 01:47XƏBƏR LENTİ / Şou biznes

Röya omba əməliyyatı keçirib? - Maraqlı cavab

Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan bir neçə gün əvvəl İctimai Televiziyada yayımlanan “3D” verilişində qonaq olub.
Ulduzun verilişdə səsləndirdiyi bəzi fikirlər qalmaqala və müzakirələrə səbəb olub. Müğənni verilişdə estetik əməliyyat keçirdiyini də etiraf edib.
“Bir-iki əməliyyat keçirmişəm, bədənimə əl gəzdirmişəm. Gəzə və otura bilmirdim, bədənimin keyi indi-indi açılır. Dedilər ki, 4 saat oturmalısan. Həkimsə deyib ki, oturma. Belimi incəltmişəm. Artıq 40-a yaxınlaşıram, qəşəng görünmək lazımdır”.
Aparıcının “O nə əməliyyatdır ki, oturmaq olmaz” sualına müğənni gülərək reaksiya verib. İddia olunur ki, sənətçi belini incəltməklə yanaşı, həm də omba əməliyyatı etdirib.
Çap
Komment Əlavə et