Menu
04 dek 01:51XƏBƏR LENTİ / Şou biznes

Röyadan Brilliant Dadaşovaya SƏRT REAKSİYA: “Millətimi incidən millətin...”

“Onda niyə Brilliant xanım Azərbaycan mahnısı ifa edən erməni musiqiçinin paylaşımına yazdığı “super” rəyini sonradan sildi? Cəmiyyətin təpkisi ilə sildi. Çünki o, öz etdiyinə inanmadı və ya inanmaq istəmədi. Mən onunla bu məsələdə razılaşmıram. Danışmadığım müğənninin mahnısını oxuya bilərəm, amma millətimi incidən millətin paylaşımına “super” yazmaram, yaza bilmərəm”.
Bu sözləri Xalq artisti Röya Ayxan dünən İctimai televiziyada yayımlanan “3D” verilişində qonaq olarkən deyib. O, bir müddət əvvəl Xalq artisti Brilliant Dadaşovanın instaqramda erməni müğənninin paylaşdığı ifasını tərifləməsinə və bu hadisə ilə bağlı yaşanan qalmaqala münasibət bildirib:
“Qarabağlıyam, bütün nəslim-köküm öz vətənindən, yurdundan didərgin düşüb. Hamısının əziyyətini çəkirəm, hələ bu əziyyətin və problemin arasında da ona super yazmaq? Heç vaxt! İstəyir mahnımı gözəl oxusun... Ümumiyyətlə, niyə erməni mənim mahnımı oxusun ki? Bu barədə Brilliant xanımla razı deyiləm. O da biz az belə qadındır, sevirəm onu. Amma sonra pozub”.
Çap
Komment Əlavə et