ARB TV-nin “Hüseynova bacıları” verilişi şairə Nazilə Səfərlinin evində qonaq olub.
Verilişin aparıcıları Ülviyyə Əliyeva və Xuraman Əlizadəni qarşılayan şairə qonaqlarına sobada balıq hazırlayıb.
Yemək bişirmə əsnasında maraqlı söhbət alınıb:
“Qayınana yanında qalan gəlin özünə status qazanır. Qayınananın nəyinə lazımdır əsəblərini korlasın. O, illərdir bilirsiz niyə yaman olub? Çünki qayınananın artıq səbri daşıb. Gəlinin nə vecinədir? Cehizi ata, evi qayınata, qızıllarını isə qayınana alır. Yığıb gətiriblər, geyinib olub gəlin. Bəs bunu saxlamaq? Bu artıq keçməli olduğun məktəbdir”. Aparıcı Ülviyyənin “Nəvə istəyirsən?” sualına Nazilə Səfərli təəccübləndirən cavab verib:
“Dəlidən doğru xəbər. Bir baxarsınız ana olaram, nənə yox. Həyatdır hər şey ola bilər”.
Çap