Tanınmış şairə Nazilə Səfərli kişilərin qadınlara xəyanət etməsinin səbəbini həmcinslərində görüb.
Qalmaqallı açıqlamaları ilə tez-tez gündəm yaradan məşhur özünə dəyər verməyən qadınlara irad bildirib. O, bu barədə instaqramda paylaşım edərək xanımları baxımlı olmağa səsləyib:
“Bu gün liftlə aşağı düşürdüm, yolüstü qonşu da minəsi oldu. İlahi qadından bir tər iyi gəlirdi ki, bağrım çatladı. Qadından soruşdum ki, suyunuz gəlir. Dedi, bəli. Zalım qızı söhbəti tutmadı. Hər kəsə şamil edilməsə də, indi sözümü kişilərin xəyanət məsələsinə gətirirəm. Kimdir müqəssir? İstər qadın, istər kişi. İnsandan gül ətri gəlməsə, o ailəyə, o sevgiyə bir protivaqaz (qaz əleyhinə maska)”
Nazilə Səfərli onu da qeyd edib ki, kişilər özünə dəyər verməyən qadına hər şey edə bilər.
Çap