Bakıda restoranların birində övladına ad günü keçirən ana hesabı vermək istəyəndə, ondan pul götürməyiblər."Xəzər Xəbər"ə istinadla xəbər verir ki, Aprel şəhidi Seymur Baxışovun həyat yoldaşı Aynur Baxışova övladı Aminin 8 yaşını qeyd etmək üçün restoran danışıb. Qiymət razılaşıb və ad günü mərasimi baş tutub. Ödəniş etmək istədikdə isə "bu bizim borcumuzdur, sizin övladınızın şad gününü təşkil etmək bizim üçün fəxrdir" cavabını alıb.
Çap