Tanınmış meyxanaçı Orxan Lökbatanlının model Aysu Bədəlzadə ilə eşq yaşadığı barədə xəbər gündəmi zəbt edib.
Bu gün meyxanaçının həyat yoldaşı Kəmalə xanım minval.info ilə əlaqə saxlayaraq meyxanaçı ilə bağlı şok açıqlama verib: “Oğlumun 5 yaşı var. 1 aydır ki, atasının ailəsindən xəbəri yoxdur. Oğlu nə yedi, nə içdi, dərsə getdi, ya getmədi, xəbərsizdir. Öz övladına belə münasibət bəsləyən insan mənə lazım deyil. Bir kişi öz ailəsini, 5 yaşlı uşağını hansısa küçə pozğununa dəyişibsə, ondan nə ata, nə həyat yoldaşı olar. Biz Orxanı silmişik, bizim üçün öldü. Boşanmaq üçün məhkəməyə müraciət etmişəm, yaxın günlərdə proses başlayacaq. Onsuz da, Onun üçün fərqi yoxdur”.
Meyxanaçının ailə həyatı ilə bağlı yeni məlumat əldə edilib. Belə ki, meyxanaçı məktəbi bitirən kimi özü ilə paralel sinifdə oxuyan Səbinə adlı qızı qaçırıb, evlənib. Bu evlilikdən cütlüyün 2 uşağı doğulub. Orxanın böyük övladının hazırda 12 yaşı var. Kəmalə isə onun ikinci dəfə ailə qurduğu həyat yoldaşıdır.
Qeyd edək ki, meyxanaçının “Bu qədər asandırmı çıxıb getmək” meyxanası populyardır.
Model Aysu Bədəlzadə isə ATV telekanalında yayımlanan “Dəb mənəm” verilişi ilə məşhurlaşıb.
Çap