Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın müdafiə naziri Boris Pistoriusun “Putin olmasa dünya daha yaxşı olardı” sözlərinə sərt reaksiya verib.
Xarici agentliklərə istinadən xəbər veririk ki, Rusiya XİN rəhbəri Almaniya rəhbərliyinə avropalı həmkarlarına daha yaxından baxmağı tövsiyə edib.
Rusiyalı nazir Almaniya müdafiə nazirinin bəyanatını ədəbsizlik adlandırıb.
"Dünyanın daha yaxşı olacağı və “onun kimdən xilas olması” baxımından, məncə, onlar Avropa İttifaqından olan həmkarlarından başlamalı və əslində, Almaniyanın daxili siyasətinə baxmalı idilər”,-deyə Lavrov qeyd edib.
Çap