Moskvada hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi Ukraynadan hücum təhlükəsi ilə bağlı deyil. Çox güman ki, bu, şou oyunudur, onun köməyi ilə Kreml vətəndaşları uzun sürən müharibəyə hazırlayır.
Xarici agentliklərə istinadən xəbər veririk ki, bu barədə ABŞ mərkəzli Müharibə Təhqiqatları İnstitutunun (ISW) gündəlik hesabatında deyilir.
İnstitutun ekspertləri hesab edirlər ki, Moskva da Ukraynadan hər hansı zərbə gəlməyəcəyini bilir. Hava hücumundan müdafiə sistemləri çox güman ki vətəndaşların gözündə dəhşətli görüntülər yaratmaq üçün qurulub.
Hesabatda həmçinin qeyd edilir ki, Moskvada hava hücumundan müdafiə qurğularının quraşdırılması ilə bağlı görüntülərin yayılması Rusiya hakimiyyətinin Böyük Vətən Müharibəsi ilə paralellər aparmaq, Ukraynanı Rusiya üçün real təhlükə yaradan ölkə kimi təqdim etmək niyyətini nümayiş etdirə bilər.
“Ola bilsin ki, bu yolla Kreml ruslar arasında müharibə tərəfdarlarının sayını artırmaq və onları gələcək səfərbərliyə hazırlamaq istəyir”,-deyə ISW ekspertində bildirilir.(musavat.com)
Çap