Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxsin polis tərəfindən saxlanılmasının təfərrüatı məlum olub.
Xeberimvar.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və media ilə əlaqələr şöbəsinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.
O, bildirib ki, oğurluq və digər cinayətkar əməllərinə görə həbsxana gördüyü üçün təcrübəli olub. "Dörd gün ərzində bir neçə dəfə axtarışın istiqamətini dəyişməyə çalışdı. Polis əməkdaşları onun tutulması üçün 159 vətəndaşdan məlumat topladı, 57 şəhər kamera görüntülərinin araşdırdı. O, xarici görkəmini, hətta yerişini də dəyişmişdi. Bütün tədbirlərinə baxmayaraq, saxlanıldı. Onun saxlanılması istiqamətində əməliyyat qruplarına kömək edən vətəndaşlara təşəkkür edirik", - deyə polis polkovnik- leytenantı bildirib.