Menu
19 may 17:49XƏBƏR LENTİ / Hadisə

30 ilin baş həkimi və xanım müavini məhkəmə zalında qandallandı

Qaradağda, Sahil qəsəbəsində yerləşən 23 nömrəli şəhər xəstəxanasının sabiq baş həkimi Rəsul Baxşəliyev və işçilərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
30 il baş həkim olan 85 yaşlı Baxşəliyev Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıb.
Sonuncu prosesdə hökm oxunub. Hökmə əsasən Baxşəliyevin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun müavini Zinyət İbrahimova isə 5 il həbs cəzası alıb. Hər ikisi məhkəmə zalında qandallanıb.
Həkim Afət İbrahimova, bağban kimi rəsmiləşdirilən sürücü Əli Əliyev isə şərti cəza alıblar.
İttihama görə baş həkim bir sıra şəxslərin adlarını xəstəxanada bağban, tibb bacısı, sanitar, həkim kimi rəsmiləşdirib və ,onların maaşlarını mənimsəyib.
İstintaq dövründə baş həkim mənimsədiyi pulun 300 min manatını ödəyib. Vəkili deyir ki, bundan artıq ödəməyə imkanı yoxdur.
Baxşəliyev özünü qismən təqsirli bilib və məbləğlə razı olmadığını deyib.
"Həm də mən tək deyiləm. Bu işi təkbaşına görməmişəm" deyən Baxşəliyev əməlindən peşman olduğunu söyləyib.(İlkin Muradov,Musavat.com)
Çap
Komment Əlavə et