Salyan və Neftçalanın əksər kəndlərinin içməli sudan əziyyət çəkməsi ilə bağlı "Azərsu" yeni layihələr həyata keçirəcək.Bu barədə "Azərsu" ASC-nin şöbə rəisi Anar Cəbrayıllı jurnalıstlərə açıqlamasında bildirib.
"Kürün aşağı axınında içməli su ilə bağlı problemlər yaşandığından Salyan Neftçalanın əksər kəndləri mövcud vəziyyətdən əziyyət çəkir. Neftçala şəhəri və rayonun 14 məntəqəsi Kür su təmizləyici qurğuları ilə Şirvan - Muğan qurğularından su alır. Hazırda əsas hədəf qalan 38 yaşayış məntəqəsində su təminatını aparmaqdır. Bununla bağlı bizim layihə təklifimiz var. Həmin kəndlərin bir qismini Salyan şəhərinin şəbəkəsi ilə qidalandırıb su verəcəyik. Bir qismini mövcud olan Neftçala şəbəkəsindən qidalandıracağıq. Bir qismini Biləsuvar su kəmərindən ayrılma hesabına və bir qismini isə lokal həll planları ilə təmin edəcəyik. Yəni, ora xətt çəkilməyəcək, nisbətən cod, duzlu suları təmizləyib kəndlərə verəcəyik. Bununla bağlı hökumətə təklifimiz var. Buna qədır isə maşınlarla daşınma ilə əhalini su ilə təmin etmişik".
Çap