Son bir neçə gün davam edən fasiləsiz və aramsız yağan yağıntılar səbəbi ilə Kürdə suyun səviyyəsi nəzərəçarpacaq dərəcədə qalxıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Kür çayında suyun səviyyəsində olan artım mart ayının ikinci on günlüyündən etibarən müşahidə edilir:
"Bununla yanaşı çayın axını da xeyli sürətlənib. Bir müddət əvvəl su azlığı zamanı əmələ gələn kiçik adalar da yoxa çıxıb. Kürdə suyun səviyyəsinin qalxması, əkin sahələrinin əsas suvarma tələbatını Kürdən ödəmək üçün istifadə edlən nasos stansiyalarınında fəaliyyətini davam etdirməsinə zəmin yaradacaq. Kür çayı ilə yanaşı digər çaylarda da sululuğun artması səbəbilə, Kürün aşağı axınında suyun səviyyəsi martın əvvəlində müşahidə olunan minimal səviyyələrdən xeyli yüksək olaraq Yevlax məntəqəsində 22 santimetr olub".
Xidmətdən bildirilib ki, Kür çayında səviyyənin artması təkcə Yevlaxda deyil, Kür boyu olan rayonlarda da müşahidə edilib:
"Zərdabda 82, Surrada 123, Şirvanda 108, Salyanda 112, Bankədə 37, Kür çayına tökülən Araz çayının Novruzlu məntəqəsində 63 santimetrdən çox olub. Martın əvvəlidə Surra məntəqəsində sululuq saniyədə 22 kub metr təşkil edirdisə yağıntılardan sonra artaraq 114-ə çatıb.Nəticədə çayda duzluluq da azalaraq norma daxilinə düşüb. Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzindən bildirilib ki, bu il yaya aylarında da Kür və ətraf çaylarda suyun bol olacağı ehtimal olunur. Buna, səbəb kimi, son günlər dağlıq ərazilərə yağan qarın çox olmasıdır".(report.az)
Çap