“Ermənistan müxalifətinin nümayəndələrinin Qarabağa getməsi təxribatdır”.Xeberimvar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Ayk Koncoryan deyib.
O, bunun Qarabağ separatçılarını müdafiə edən addım hesab etmədiyini bildirib:
“Yadımdadır, parlament seçkilərindən əvvəl Seyran Ohanyan demişdi ki, parlamentdə oturmaq yox, səngərdə vuruşmaq lazımdır. Amma parlamentə gəldilər, bu kreslolarda çöməldilər, şüşə atmaqla məşğul oldular, dava saldılar, parlamenti hər cür ucuzlaşdırmağa, işi iflic etməyə çalışdılar.
Bəlkə elə bilirlər ki, onların qarşısına qoyulan problem buradakı səngərdə həll olunub, indi də “Artsax”a (Qarabağ – red.) gedirlər”.
Koncoryan “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyanın Qarabağdakı separatçıların qondarma bayrağının parlamentin tribunasından asmasına da etiraz edib:
“Mən bu bayrağın nümayişkaranə şəkildə kiminsə əleyhinə buradan asılmasının məntiqini başa düşə bilmirəm”.
Çap