Menu
08 apr 18:29XƏBƏR LENTİ / Xarici

Lavrov: “ATƏT-in Minsk qrupunu ləğv ediblər”

“ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransa bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina ediblər”.
"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Aratat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
“ATƏT-in Minsk qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm. Çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmasları ləğv etməyə can ataraq, ATƏT-in Minsk qrupunu ləğv ediblər. Bu format çərçivəsində bizimlə əlaqə saxlamaqdan imtina ediblər”. 
Çap
Komment Əlavə et