Çexiyada kononavirusun "omikron" ştamının XE variantına ilk yoluxma hadisəsi baş verib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Qrip və qeyri-Qrip Tənəffüs Xəstəlikləri Laboratoriyası bildirib.
İlk dəfə yanvar ayında Böyük Britaniyada aşkarlanan həmin variant mövcud statistik məlumatlara görə “omikron” ştamına nisbətən 10 faiz daha yoluxucudur. Koronavirusun XE variantına yoluxmalar, həmçinin İrlandiya, Danimarka, Hindistan, Tailand, Çin, ABŞ kimi ölkələrdə qeydə alınıb.
Çap