Menu
05 apr 14:22XƏBƏR LENTİ / Hadisə

Ölkədə kartof və soğanın ucuzlaşması gözlənilir

Hazırda ölkədə soğan və kartof kəskin bahalaşıb. Bir ay bundan əvvəl kiloqramı 50-55 qəpiyə olan soğan hazırda bazarlarda kiloqramı 1,30 manata satılır. Kartofun qiyməti isə 1 manatdan 1,70 manata çatıb.
"Xeberimvar.az" xəbər verir ki, “Report” soğanın və kartofun qiymətinin kəskin bahalaşmasının səbəblərini araşdırıb.
Ağdamda uzun illərdir ki, soğan əkini ilə məşğul olan fermer “Report”a soğanın qiymətinin ölkədə kəskin artmasına münasibət bildirərkən qeyd edib ki, ölkənin anbarlarında kifayət qədər məhsul var: “Ölkədə soğan qıtlığının yaşanması mümkün deyil. Fermerlər soğanı adətən iki anbarda saxlayırlar. Soyuducu anbarlarından başqa məhsul fermerlərin sahələrdə yaratdığı anbarlarda da saxlanılır. Soğan soyuducu anbarlardan adi anbarlara daşınarkən istehsalda 5 %-lik azalma olur. Çünki məhsul çeşidlənir və xarab olmuş soğan atılır. Bahalaşma isə bu keçid dövrünə görə olub. Qeyd edim ki, yaxın 20 gün ərzində bazara faraş soğan daxil olacaq. Yaxın zamanlarda bazarda soğanın ucuzlaşmasını gözləyirik”.
Faraş soğanda bu il qeydə alınan məhsuldarlıqdan danışarkən fermer qeyd edib ki, bu il faraş soğan çox əkilməyib: “Faraş soğanı Bərdə fermerləri əkirlər. Bərdə fermerləri üç ildir ki, ziyana uğrayırlar. Bərdədəki fermerlər soğan istehsalına çəkdikləri xərcin yarı qiymətinə məhsullarını sata bilmədikləri üçün artıq çoxları əkmirlər. Bərdə bu il daha az faraş soğan bazara çıxaracaq. Soğan əkini ümumiyyətlə çox əziyyətli və vəsait tələb edən sahədir. Təzə soğanın qiymətinin 2021-ci il mövsümü ilə müqayisədə artması da gözlənilir”.
O, əlavə edib ki, bu il soğanda xəstəlik var idi, qarşısı alına bilmədi: “Ölkəyə gətirilən dərmanların keyfiyyətindən fermerlər razı deyil. Soğan istehsalında istifadə edilən dərmanların zərərvericilərlə mübarizədə güclü təsiri yoxdur. Ona görə də fermerlərin bu il soğanda məhsuldarlığı az olub. Bununla yanaşı, fermerlər çox əziyyət çəkirlər, ölkədə mütəxəssislər, aqronomlar yoxdur. Aqronomlar yetişdirən müəllimlər sahələrə gəlirlər, lakin əkin-səpin prosesləri ilə bağlı təcrübələri yoxdur. Bu cür müəllimlərin yetişdirdikləri tələbələrin peşəkar aqronom olmaq ehtimalı azdır. Zərərvericilər, xəstəliklərin inkişaf edir, ancaq aqronomlar inkişaf edə bilmir. Ona görə də bu cür problemlərin artması proqnozlaşdırılır”.
Çap
TOM
Purchase Shoes
Best Online Shoe Blog
Buy Shoes
Buy Shoes Online A gradient design is achieved through light pink padded upper, with a  floating cage around the foot, that mimics the original ’98 design, as well as the Swoosh logo, pull tab on heel and tuned Air logo on the insole.

Komment Əlavə et