Menu
08 mar 22:04XƏBƏR LENTİ / Xarici

Rusiya qərar verir – Xarici dünya ilə bağlantı tamamilə kəsilir

Başda ABŞ-ın texnologiya şirkətləri olmaqla bir çox ölkənin sanksiyalarına məruz qalan Rusiya martın 11-də xarici dünya ilə internet əlaqəsini tamamilə bağlaya bilər.
Teleqraf.com-a istinadən xəbər veririk ki, Rusiya Rəqəmsal İnkişaf Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyinin 5 mart tarixli açıqlamasında rus saytlarından Rusiya domeninə (RuNet) keçmələri istənilib.
Uzun illərdir ki, Rusiya internet şəbəkəsini xarici dünyaya bağlamaq və yalnız öz daxilində trafikə icazə vermək üçün çalışır. “Rəqəmsal İqtisadiyyat Milli Proqramı” adlanan qanun layihəsi ölkədə internet infrastrukturunun xarici dünyadan müstəqil fəaliyyət göstərə bilməsi üçün lazımi texniki dəyişiklikləri tələb edirdi. 2019-cu ilin aprelində ilk dəfə müzakirəyə çıxarılan qanun layihəsi Rusiyada səbəb olub və nümayişçilər “Putin Net” plakatları ilə qanun layihəsinə qarşı çıxıblar.
Bütün etirazlara baxmayaraq, “Rəqəmsal İqtisadiyyat Milli Proqramı” 2019-cu il noyabrın 1-də qüvvəyə minib.
Qanun qüvvəyə mindikdən sonra Rusiya ölkə daxilində interneti kəsə biləcək uzunmüddətli sınaqlar keçirməyə başlayıb. Nəhayət, keçən ilin iyun ayında Rusiya qlobal internet bağlantısını tamamilə kəsib. Rusiya rəsmiləri testin müvəffəqiyyətlə keçdiyini açıqlayıb. Rusiya Prezidenti Putin bu addımla xarici ölkələrdən asılılığı aradan qaldırılacağını deyib.(musavat.com)
Çap
STT
The Nike Air Max 90 Batman has been inspired by those classic Batman colors to create a model that couldn't be more timely.  Popular Shoes

The sneaker gets covered in shades of grey throughout that are accompanied by tan on the side panels and heel, a white rubber midsole and light grey rubber outsole. Hot Shoe

Komment Əlavə et