Ukrayna ordusu Rusiya Federasiyasnın bir çox texnikasını məhv edərək qənimətləri ələ keçirməyə davam edir.
Bu vaxta qədər ukraynalılar Rusiyanın 3 milyard dollardan çox dəyərdə olan texnikasını sıradan çıxarmağa müvəffəq olublar.
Xarici agentliklərə istinadən xəbər veririk ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb. Bunların içində 33 qırıcı təyyarə, 37 helikopter, 251 tank, 939 zirehli döyüş maşınları var. Dağıdılan tankların ümumi qiymətinin 1 milyard, zirehli maşınların 600 milyon, qırıcı və helikopterlərin 1,1 milyard dollar qiyməti olduğu bildirilir. Xatırladaq ki, Rusiyanın “Su-25” təyyarələrinin qiyməti ədədə görə 11 milyon,” Su-30” 33 milyon, “Su-34” 36 milyon dollardır.
Ukrayna Silahlı qüvvələri həmçinin Rusiyaya məxsus, hərəsi 86 milyon dollar olan iki ədəd İl-76 hərbi təyyarəni də vurublar.(musavat.com)
Çap