Ukrayna Baş Qərargahı çoxsaylı itkilərə baxmayaraq Rusiya ordusunun əsas məqsədi - Kiyevi ələ keçirməkdən vaz keçmədiyini bildirib.
APA Unian.net saytına istinadən xəbər verir ki, bu barədə nazirlik Facebook-da yazıb.
“Çoxsaylı itkilərə və hücum tempinin azalmasına baxmayaraq, düşmən əsas hədəfindən – Kiyevi ələ keçirməkdən vaz keçmir. Şəhərin müdafiə qüvvələri tərəfindən düşmənə müqaviməty göstərilir”, - deyə açıqlamada deyilir.
Polesye, Xomutovka, Qluxov və Baturin istiqamətində hücumların qarşısının alındığı da əlavə olunub. Ukrayna tərəfi Rusiya ordusunun Nikolayev və Mariupol şəhərlərini ələ keçirmək cəhdlərindən vaz keçmədiyini də bildirib.
Çap