Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müşaviri Alena Şevtsova:
"Ruslar Çernobıl stansiyasını ələ keçiriblər. Stansiyanın əməkdaşları girov saxlanılır. Bu, təkcə Ukraynanın deyil, həm də Avropanın təhlükəsizliyini təhdid edir", - Şevtsova bildirib.
Ukrayna Prezidenti ofisinin rəhbərinin müavini Mixail Podolyak məlumatı təsdiqləyib.
“Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının ərazisini nəzarətə götürüb”, - o deyib. M.Podolyakın sözlərinə görə, hazırda stansiya təhlükədədir, təxribat riski var.
"Ağır döyüşdən sonra Çernobıl sahəsinə nəzarətimiz itirildi. Keçmiş Çernobıl AES-in obyektlərinin vəziyyəti, saxlama və nüvə tullantılarının saxlanılması vəziyyəti məlum deyil. Rusların bu istiqamətdə tamamilə mənasız hücumundan sonra Çernobıl AES-in təhlükəsiz olduğunu demək mümkün deyil. Bu, Avropa üçün bu gün ən ciddi təhlükələrdən biridir. Rusların vərdişlərini bilərək deyirəm , onlar yəqin ki, Çernobıl AES-də artıq təxribat xarakterli şeylər hazırlayırlar, ya da ondan istifadə edəcəklər”, - o əlavə edib.
Çap