“Londonun həmişə dünyanın istənilən yerində Moskvanın maraqlarına zərbə endirərək ona “təpik vurmaq” imkanı var”.
Xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles danışıb.
“Hələ 1853-cü ildə Krımda, Şotlandiya qvardiya alayı çar I Nikolayı “təpikləmişdi”. Biz həmişə bunu təkrarlaya bilərik. İndi Vladimir Putin I Nikolayın səhvini təkrarlayır. Həmin vaxtda da çarın heç bir dostu və müttəfiqi yox idi”,-deyə Ben Uolles söyləyib.
Xatırladaq ki, Rusiyanın Türkiyəni işğal etmək istəyindən doğan Krım müharibəsi 1853-1856-cı illərdə baş verib. Müharibə Rusiya imperiyasının ağır məğlubiyyəti ilə nəticələnib.
Çap